Birləşmiş Krallığın Baş naziri “hərbi qulluqçuları geri çəkmək qərarı mükəmməl olmaya bilər, ancaq heç vaxt niyyətimiz orada əbədi qalmaq olmayıb” deyə qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müharibə başlayandan, NATO 50 ölkədən 130,000 əsgəri Əfqanıstana yollayıb.
Birləşmiş Krallıq isə bu müharibə zamanı Əfqanıstana 9,500 hərbi personal göndərib. Həmçinin, yalnız Helmand ərazisində 137 baza qurub. 2001-ci ildən bu yana 450-dən çox birtaniyalı hərbiçinin öldüyü də qeyd olunur.
Bununla yanaşı, britaniyalı yüksək rütbəli general xarici hərbiçilərin çəkilməsindən sonra Əfqanıstanda yenidən vətəndaş müharibəsi təhlükəsi haqqında danışıb.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB