Avstriyada qastronomiya sektoruna 9 milyard avro zərər dəyib

Avstriyada qastronomiya sektoruna 9 milyard avro zərər dəyib

Koronavirus pandemiyası 2020-ci il və bu ilin ilk yarısında Avstriyada qastronomiya sektoruna 9 milyard avro zərər vurub.
SİA xəbər verir ki, may ayında bu sahədəki məhdudiyyətlər aradan qaldırılsa da, pandemiya böhranı qastronomların gəlirlərinə ciddi təsir göstərməkdədir. Belə ki, 2019-cu ildə ölkədəki qastrnomiya obyektlərinin ümumi dövriyyəsi 12 milyard avroya yaxın olsa da, 2020-ci ildə bu göstərici 7,6 milyard avroya düşüb (37 faiz azalma). Bu ilin ilk yarısında da dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,6 milyard avro azalıb.
“Regioplan“ məsləhət şirkətinin verdiyi məlumata görə, pandemiya heç də bütün sektora mənfi təsir göstərməyib. Çatdırılma xidmətləri təklif edən kafe və restoranlar, eləcə də səhiyyə müəssisələri üçün qastronomiya xidməti göstərən şirkətlər öz gəlirlərini artıra biliblər.
Pandemiya dövründə şirkətlərin iflas elanı rəsmi qaydada dayandırıldığına görə, 2020-ci ildə iflasa uğrayan qastronomiya obyektlərinin sayı yarıbayarı azalaraq 360-a düşüb. Lakin qanunvericiliklə tətbiq edilən süni maneə və dövlət tərəfindən subsidiyalar dayandırıldıqdan sonra 2022-ci ildə azı 1400 qastronomiya obyektinin iflas barədə elan verəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə