Ermənistan hərbi hissələrində COVID-19-a yoluxanların sayı xeyli artıb

Ermənistan hərbi hissələrində COVID-19-a yoluxanların sayı xeyli artıb

Hərbi həkimlərin səhlənkarlığı səbəbindən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində COVID-19 virusuna yoluxma halları xeyli artıb.
SİA bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda koronavirusa yoluxan kiçik çavuş Q.Nersisyanın hərbi hissənin həkimi tərəfindən tibbi müayinədən keçdikdən sonra vəziyyətinin normal olduğu bəhanə edilərək xəstəxanaya göndərilmədiyi və bu barədə yuxarı komandanlığa məlumat verilmədiyi bildirilib. Bu səbəbdən də bir neçə gün ərzində bölüyün bütün şəxsi heyətinin COVID-19 virusuna yoluxduğu məlum olub. Hərbi qulluqçular yüksək hərarət və halsızlıqdan əziyyət çəkirlər.
Hərbi hissə komandanlığı şəxsi heyətin yoluxma faktını hər vəchlə ört-basdır etməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə