Qətər iyulun 12-dən ailə və turist vizalarının verilməsini bərpa edir
Qətər iyulun 12-dən keçən il koronavirus pandemiyası səbəbindən dayandırılmış olan ailə və turist vizalarının verilməsini bərpa edəcək.
SİA "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilir: "Qətərə səyahət və qayıtmaq üzrə dövlət siyasətinin yenilənməsi, həmçinin Səhiyyə Nazirliyinin koronavirusla bağlı son tövsiyələrini nəzərə alaraq iyulun 12-dən ailə və turist vizalarının verilməsini bərpa etmək qərarı qəbul edilib".
Qeyd edək ki, daha əvvəl Qətarin Səhiyyə Nazirliyi iyulun 12-dən başlayaraq Qətərə giriş üçün yeni qaydaları açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB