İsveçdəki təyyarə qəzasında onun göyərtəsində olan 9 nəfərin hamısı həlak olub - YENİLƏNİB

İsveçdəki təyyarə qəzasında onun göyərtəsində olan 9 nəfərin hamısı həlak olub - YENİLƏNİB

İsveçin Erebru şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində onun göyərtəsindəki doqquz nəfərin hamısı ölüb.

SİA xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti yazıb.

Bildirilir ki, hadisəyə səbəb təyyarədə yaranmış texniki nasazlıq olub. Təyyarə paraşütdən tullanmaq üçün istifadə edilirmiş.

***

Saat 00:24

İsveçin Erebru şəhərində təyyarə qəzaya uğrayıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, qəza zamanı təyyarənin göyərtəsində pilot və 8 paraşütçü olub.

Məlumata əsasən, qəza nəticəsində azı 1 nəfər xəsarət alıb, bir neçə nəfər isə həlak olub. Ölən və yaralananların dəqiq sayı bildirilirmir.

Qeyd edilir ki, təyyarə hava qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb və alışıb. Hazırda yanğın söndürülüb, hadisə yerində xilasedicilər, polis əməkdaşları və tibb işçiləri çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə