Tayvanda dəhşətli hadisə

Tayvanın son 24 saat ərzində ən azı 15 zəlzələ ilə sarsıldığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən günortadan sonra başlayan zəlzələlər Tayvan adasının şərqindəki Hualien şəhərində öz təsirini göstərib.

Səlahiyyətlilər son 24 saat ərzində ən azı 15 zəlzələ nəticəsində ölən və yaralanan olmadığı barədə məlumat paylaşıblar. Zəlzələlərin 3,1-5,4 bal arasında olduğu və yer üzündə 5 ilə 14,2 kilometr dərinlikdə meydana gəldiyi ifadə edilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə