İraq Səhiyyə Nazirliyi cümə axşamı günü sutka ərzində rekord sayda koronavirusa yoluxma hadisəsi elan edib. SİA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədrinin RİA Novosti-yə verdiyi informasiyadan belə məlum olub.
İnformasiyada qeyd olunur ki, 9 mindən çox xəstəyə COVID diaqnozu qoyulub. Bildirilir ki, gün ərzində, 9189 nəfərdə koronavirus aşkar edilin ki, bunlardan 2.8 mindən çox hadisə Bağdadda qeydə alınıb, sutka ərzində 31 xəstə ölüb.
Xatırladaq ki, ümumilikdə, İraqda pandemiya başlayandan bəri 1,4 milyondan çox koronavirus hadisəsi qeydə alınıb və bu səbəbdən 17 mindən çox insan ölüb. Ölkədə peyvənd kampaniyası davam edir. Cümə axşamı, koronavirusa qarşı peyvənd olunanların sayı 1 milyonu keçib. Nazirlik, əhalinin təhlükəsizlik tədbirlərinə riayət etməməsi təqdirdə hadisələrin sayında artım riski olduğu barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB