Yağışdan sonra dənizin rəngi dəyişdi

Yağışdan sonra dənizin rəngi dəyişdi

Qərbi Qaradəniz bölgəsinin əhəmiyyətli turizm mərkəzlərindən biri olan Düzcenin Akçakoca mahalında dünən yaşanan daşqının ardından çaylardan axan palçıqlı su dənizin bir hissəsini qəhvəyi rəngə boyayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mahalda yağan güclü yağışdan sonra axar yataqlarından tökülən palçıqlı su səbəbindən dənizin rəngi 38 kilometrlik sahil xətti boyunca dəyişib.

Əlavə olaraq çaylardan gələn ağac parçalarının sahil xəttindəki bəzi ərazilərdə yığıldığı da bildirilib. Dənizin iki rəngdə olması havadan dronla da görünüb. Meteorologiya səlahiyyətliləri isə yağışlı havanın həftə sonu təsirini itirəcəyini bildirib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə