Serjiki kapitulyatorluqdan “xilas edən” bicliyi...

Serjiki kapitulyatorluqdan “xilas edən” bicliyi...

“Bütün danışıqlar mirasını məhv edən və ölkəmizə faciəli bir müharibə gətirən kapitulyator, belə görünür ki, “artsax” məsələsində qanlı əllərini yumağa çalışır”.

Bildirək ki, bu fikirləri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün “Facebook” səhifəsində Serj Sarkisyanın məqaləsinə hakimiyyət təbliğatçılarının reaksiyası ilə bağlı bildirib.

Aşotyana dediyinə görə, guya Serj Sarkisyanın “artsaxa” dair Kazan sammitinin 10 illiyi münasibətilə yayımladığı məqaləsi gözlənildiyi kimi ciddi siyasi müzakirələrin mövzusu olub: “...Sarkisyan bu məqalədə nəinki Kazan prosesinin mahiyyətini açıqlayıb, həm də bir sıra vacib nüansları ortaya qoyaraq, 2008-2018-ci illərdəki danışıqların məntiqini və geridə qoyduğumuz irsi açıq şəkildə ifadə edib”. Burada özümü “halal olsun” deməkdən güclə saxladım...

Deyim ki, Armen burada Serjik haqqında pafoslu ifadələri ilə sanki onu “bütləşdirməyə” çalışır. Təbii ki, bu da başadüşüləndir. Çünki Serjikin Ermənistan prezidenti olarkən sadə ermənilərdən oğurladıqlarından hazırda Armen də tulapayı alır. Ona görə, Serjdən aldıqlarının əvəzini nə iləsə ödəməyə çalışmalıdır axı...

Məsələn, ATƏT-in Minsk qrupunun təmsil etdiyi beynəlxalq ictimaiyyətin həmişə Ermənistanı dəstəklədiyini deyən Armen Aşotyan əslində elə də bir yeniliyə imza atmamış olur. Çünki, əslində ermənilərin dəstəklənməsi təkcə Serjin xidməti kimi başa düşülməməlidir. Ondan əlavə, bu bir reallıqdır ki, bu gün Minsk qrupunda təmsil olunan ölkə rəhbərləri hələ də leqal və ya qeyri leqal yolla da olsa, ermənilərə “haqq” qazandırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Daha sonra 2016-cı il dörd günlük Aprel müharibəsini nəzərdə tutan Armen Aşotyan deyir ki, bu döyüşlərdə “Azərbaycanın hərbi təcavüzü” nəinki status-kvonu dəyişdirmədi, əksinə “ordumuzun cavab zərbələri” sayəsində Ermənistanın danışıqlar masasındakı mövqeyi daha da gücləndirdi.

...Təbii ki, burada ermənidir, baş qoşmağa dəyməz deyib üstündən keçmək də olardı. Amma Armenin erməniyə məxsus olan həyasızlığı adamı bu gədəni cavabsız qoymamağa məcbur edir.

Bu yerdə, Armen Aşotyana xatırladaq ki, cəmi 4 gün çəkən Aprel döyüşlərində Azərbaycan Ordusu 2 min hektardan artıq işğal olunmuş Azırbaycan ərazisini erməni dığalarından azad etdi. 700-dən artıq “qəhrəman” kimi təqdim etdiyiniz erməni əsgərini məhv etdi. Doğrudur, həmin dövrdə Serjin yanında sülənənlərdən biri kimi, sən də sonradan Azərbaycanın azad etdiyi ərazilərin 2 min yox, 800 hektar olduğu barədə məlumatlar yayırdınız. Ölən erməni əsgərlərinin sayını isə Serjikin özü kimi, yalan dağarçığı olan Artsun Ovannisyan 25-30 arasına endirmişdi. Cünki bundan aşağı yeri yox idi.

...Başqa bir xatırlama: gərək ki, 1918-ci ildə İranda olan ingilis əsgərlərini Azərbaycana gəlmək üçün gizli yolla minnətçi düşən Araratyan adlı erməni Tehrana gedərkən 18 yaşlı qızını da yanına salıb aparmışdı. ...Elə-belə, necə deyərlər, bərayi-ehtiyah, birdən ingilislər imtina etsələr...

Armen Aşotyana xatırladım ki, əgər doğrudan da “ordumuzun cavab zərbələri” ilə belə bir “uğur” qazana bilmişdinizsə, onda niyə elə Serjik də başda olmaqla, əksər erməni səahiyyətliləri Araratyanın aqibətini yaşamış oldular. Belə ki, onlar Azərbaycan Ordusunun hücumunu dayandırmaq üçün ruslara minnətçi düşüb, onların bütün istədiklərini yerinə yetirməyə hazır olduqlarını bildirmişdilər.

Deyim ki, həmən ərəfədə quzuya dönən Serjik Sarkisyan Azərbaycanın bütün şərtlərinə razı olacağını belə gizlətməmişdi. Amma neyləyəsən ki, Serjik tərəfindən verilən vədlərin erməni vədi olduğu sonradan bəlli oldu.

Bundan əlavə, maraqlıdır, görən, doğrudanmı, indi cani-dildən Serjin prezidentlik dövrünü təqdir edib onu az qala “əvəzolunmaz” biri kimi təqdim edən Armen Aşotyan Azərbaycanın torpaq itkisi ilə barışacağına inanırdı?

Deyım ki, bu gün, Nikol Paşinyanı “xain”, “kapitulyator” kimi təqdim edən Armen unudur ki, Serjik vaxtında erməni bicliyi işlədib, hakimiyyəti “könüllü surətdə” Nikola ötürməsəydi, indi “xain”, “kapitulyator” daha nə bilim nə ayəmələri ilə məhz bəstəboy Serjik yaşayacaqdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə