Ötən çərşənbə Haiti prezidenti evində sui-qəsdə uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sui-qəsd nəticəsində 53 yaşlı Prezident Moise öldürülüb, birinci xanım isə ağır yaralanıb.
Birinci xanım Martine Moisenin vəziyyəti kritik olduğu üçün Floridaya aparılıb. Hazırda vəziyyəti stabildir.
Sui-qəsddə şübhəli bilinən 4 nəfər güllələnib. Bu haqda polis məlumat yayıb. Polis rəisi Leon Charles “Bütün şübhəlilər ya öldürüləcək, ya da həbs ediləcək", deyib.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB