Hollandiyada məşhur jurnalist Peter Vries, axşam Amsterdamın mərkəzində naməlum şəxs tərəfindən vurulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ağır yaralanan məşhur jurnalist xəstəxanaya aparılıb. 64 yaşlı Peter Vries, yeraltı dünya haqqında hazırladığı cəsarətli informasiyalar verməsi ilə tanınıb. Məşhur jurnalist, 2005-ci ildə Karib dənizində tətildə olarkən itkin düşən amerikalı bir gənc Natalee Hollovay haqqında bir televiziya şousu hazırlayıb. 2008-ci ildə hazırladığı bu xəbər Beynəlxalq Emmi mükafatına layiq görülüb.
İki şübhəli tutulub
Peter Vries hücumunda şübhəli bilinən iki şəxs polislər tərəfindən yaxalanıb. Təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada Peter Vriesin sağlamlıq vəziyyətinin ağır olaraq qaldığı ifadə edilib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB