Ən “etibarlı və sədaqətli müttəfiqə” edilən “xəyanət”

Ən “etibarlı və sədaqətli müttəfiqə” edilən “xəyanət”

“...Görürsünüz də, ruslar ermənilərə qarşı bu dəfə də növbəti “haqsızlıqlarını” etdilər. Yəni Putin rusların Qafqazdakı "dayağı” olan “böyük erməni xalqına” qarşı yeni “təxribatlar” həyata keçirmək üçün “Azərbaycana yaşıl işıq” yandırdı. Əslində, ruslar bununla yenidən Ermənistana qarşı xəyanət etmiş oldular”.

Qeyd edim ki, bu sətirləri erməni saytlarında yer alan yazıların ümumi xülasəsi kimi də qəbul etmək olar. Belə ki, ermənilərə görə, Kremldə Nikol Paşinyanı qəbul edib Robert Köçəryanın məğlubiyyətini “etiraf edən” Vladimir Vladimiroviç Nikol Paşinyanı da özünəməxsus qəribə bir nəzakətlə təbrik edib.

Ermənilərin yazdığına görə, Paşinyan Putindən bu təbrikləri qəbul etdiyi ərəfədə, Azərbaycan Prezidenti işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edən “Şərqi Zəngəzur” iqtisadi rayonun yaradılması barədə fərman imzalayıb.

Yeri gəlmişkən xatırladaq ki, artıq Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil olduğu Qarabağ iqtisadi rayonu da yaradılıb. Yəni bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Bundan əlavə, Qarabağ iqtisadi rayonuna Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonları da daxil edilib.

...Bax, erməniləri yandırmaqla yanaşı, onları həm də “yazıqlaşdıran” Rusiya prezidentinin Azərbaycanın bu planlarına heç bir şəkildə müdaxilə etmək istəməməsidir(?). Erməni həyasızlığına görə, ruslar gərək buna imkan verməməlidilər. Onların dediyindən belə başa düşulür ki, erməniləri belə ağır günündə KTMT-nin “erməni harayına” yetişməməsinin baiskarı da elə ruslardır. Erməni düşüncəsinə görə, məhz Putin ermənilərə qarşı yeni təxribatlar həyata keçirmək üçün Azərbaycana “yaşıl işıq yandırıb” və bununla da yenidən müttəfiqi Ermənistana xəyanət etmiş olur.

Deyim ki, erməni həyasızlığının növbəti səhnələrindən biri də, dediyim kimi, erməni saytı tərəfindən oynanılır: ...beləliklə, onlar, yəni ermənilər “böyük bir millətə” (yəni ermənilərə) xəcil gətirəcək “badəni” bu dəfə sona qədər içmək məcburiyyətində qalacaqlarını etiraf edirlər. Əslində, bu yalan etirafdır. Çünki ermənilər onlara xəcil gətirəcək belə “badə”lərdən dəfələrlə içirdiliblər, amma buna baxmayaraq, bir müddət sonra erməni olduqlarını yenidən büruzə verməyə başlayıblar.

Ermənilər daha sonra sayt vasitəsilə “qan ağlayırlar”. Belə ki onlar Qarabağdakı erməniləri Xankəndi səmasında “Bayraktarlar”ın uçmasına, azərbaycanlıların “qədim erməni torpaqlarında” gəzməsinə də hazır olub, bütün bunları artıq qəbul etməyə çağırır...çünki, sən demə, ruslar yenə də ermənilərə, onların Qafqazdakı ən “etibarlı və sədaqətli müttəfiqlərinə” xəyanət ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə