4 milyondan çox insan ölüb - DÜNYADA

4 milyondan çox insan ölüb - DÜNYADA

Koronavirus (COVID-19) səbəbindən dünya miqyasında 4 milyondan çox insan ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Worldometers"in araşdırmasına əsasən, ən çox insan itkisi ABŞ-da olub və burada 621 min 335 insan ölümü qeydə alınıb. 525 min 229 ölümlə Braziliya, 403 min 310 ölümlə Hindistan, 233 min 689 ölümlə Meksika, 193 min 389 ilə Peru, 138 min 579 ilə Rusiya, İngiltərə 128 min 231, İtaliya 127 min 680, 109.466 ilə Fransa və Kolumbiya növbəti yerlərdə qərarlaşıblar. Virusun yaratdığı ölümlərin sayı dünya miqyasında 4 milyon 818-ə çatıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə