ÜST-nin baş direktoru Tedros Adan Qebreyesus, ölkələr arasında dərman və peyvənd paylanmasının qeyri-bərabər olduğu təqdirdə koronavirusla mübarizədə elmi irəliləyişlərin mənasız olduğunu söyləyib. SİA xəbər verir ki, bu barədə qurumun baş direktoru Qebreyesus brifinqdə deyib.
"Variantlar, peyvəndlərin, vaksinlərin istehsalında və paylanmasında qeyri-bərabərlik olduğu üçün mübarizədə qalib gəlir və bu da qlobal iqtisadi dirçəliş üçün təhlükə yaradır", deyə Qebreyesus bildirib.
O, dünyada koronavirus qurbanlarının sayının rəsmi olaraq dörd milyonu keçdiyini, halbuki əslində daha çox ölüm ola biləcəyini söyləyib.
ÜST rəhbəri qeyd edib ki, peyvəndləmə prosesi müvəffəq olan bəzi ölkələr, artıq pandemiya bitmiş kimi məhdudiyyətləri ləğv edirlər. Onun sözlərinə görə, gigər əyalətlərdə immunizasiya nisbətindəki "şok edici" bərabərsizlik və yeni ştamların ortaya çıxması səbəbindən infeksiya səviyyəsində bir artım olduğu diqqəti çəkir.
Qebreyesus, kəskin oksigen və dərman çatışmazlığı elan edib və bildirib ki, Asiya, Afrika və Latın Amerikasında "ölüm dalğası" üçün yol açıb. Qurumun baş direktoru insanlığı birləşməyə və pandemiyaya qarşı birlikdə mübarizə aparmağa çağırıb. O, həmçinin G20 ölkələrini "ədalətli istehsal və səhiyyə vasitələrinin paylanmasını artırmaq üçün lazımi vasitələr təqdim edərək" pandemiyanı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb. ÜST-nin baş direktoru, bütün ölkələrdə əhalinin sentyabr ayına qədər yüzdə 10, bu ilin sonuna qədər yüzdə 40 və gələn ilin ortalarına qədər yüzdı 70 səviyyəsinə çatmaq kimi ÜST -nin hədəfini də xatırladıb.
Qebreyesus bəşəriyyətin koronavirus pandemiyasının "çox təhlükəli" bir mərhələsində olduğunu söyləyib və qoruyucu vasitələrin, dərmanların və peyvəndlərin ölkələr arasında ədalətli bir şəkildə paylanması çağırışı edib.
Xatırladaq ki, ÜST-yə görə, pandemiyanın başlanğıcından bəri dünyada 184 milyondan çox koronavirus infeksiyası qeydə alınıb, dörd milyondan çox xəstə ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB