Haiti Prezidenti Jovenel Moiz öz evində güllələnərək öldürülüb. SİA xəbər verir ki, bunu ölkənin baş naziri vəzifələrini icra edən Klod Jozef deyib.
Onun sözlərinə görə, prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum zamanı Jovenel Moizin xanımı Martine Moiz də yaralanıb. O, hazırda xəstəxanadadır.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB