Putin-Paşinyan: sənədsiz görüş - Peskovdan açıqlama

Putin-Paşinyan: sənədsiz görüş - Peskovdan açıqlama

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

D.Peskov əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə