Peskovdan Putin və Paşinyan görüşü barədə - AÇIQLAMA

Peskovdan Putin və Paşinyan görüşü barədə - AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq. SİA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

D.Peskov onun da əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə