Son xəbərlərə görə, Rusiyanın Tümen şəhərindəki bankların birində 3 nəfər girov götürülüb. Polis qrupları cinayətkarla danışıqlar aparır. Daha sonra bəziləri nəzarətə altına alınıb.
Rəsmilərin verdiyi məlumata görə, bank ofisinin yerləşdiyi binadan 50 nəfər təxliyyə olunub. Üç nəfər isə şəxsiyyəti məlum olmayan şəxs tərəfindən ofisdə girov götürülüb.
Xüsusi xidmət orqanlarının nümayəndəsi xəbər verib ki, şübhəli çantasında "təhlükəli qurğu" olduğunu iddia edərək pul istəyib.
Cinayətkarla danışıqlar aparan səlahiyyətlilər daha sonra cinayətkarı zərərsizləşdirərək saxlayıblar.
Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB