Hava Limanına raket hücumu

İraqın Erbil şəhərində ABŞ əsgərlərinin yerləşdiyi Beynəlxalq Erbil Hava Limanına raketlə hücum edildiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücumu Erbil Terrorla Mübarizə Xidməti də təsdiqləyib.

İraq Kürd Regional Rəhbərliyinin (IKRG) açıqlamasına görə, ABŞ əsgərlərinin də yerləşdiyi Erbil Hava Limanına raket hücumu SİHA-larla həyata keçirilib. Raket hücumunda itki olmadığı bildirilib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə