Kamçatkada qəzaya uğrayan təyyarədə həlak olan 28 nəfərdən 6-sının meyiti tapılıb

Kamçatkada qəzaya uğrayan təyyarədə həlak olan 28 nəfərdən 6-sının meyiti tapılıb

Rusiyanın Kamçatka yarımadasında “AN-26” tipli təyyarənin qəzaya uğraması nəticəsində ölənlərdən altısının cəsədi tapılıb.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti”yə təcili tibbi yardım xidmətindən bildirilib.

“Bəli, altı cəsəd var”, - mənbə belə deyib.

Petropavlovsk-Kamçatsk şəhərindən uçan təyyarə Palana qəsəbəsindən doqquz kilometr aralıqda eniş zolağına yanaşması üçün manevr edərkən qəzaya uğrayıb. Təyyarədə 28 nəfər olub: altı ekipaj üzvü və biri uşaq olmaqla 22 sərnişin. İlkin məlumatlara görə, onların hamısı ölüb.

Kamçatkada təyyarə qəzası ilə əlaqədar matəm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə