Xilasedicilər ABŞ-ın Mayami şəhəri (Florida ştatı) ətrafında Serfsaydda çökən evin dağıntılarından daha dörd cəsədi çıxarıblar. Bununla da ölənlərin sayı 36-ya yüksəlib.
SİA-nın məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinqi zamanı deyib.
Dairə rəhbəri qeyd edib: "Yağış və digər sərt hava şəraitinə baxmayaraq, dağıntılar altından daha dörd nəfərin cəsədini çıxardıq. Həlak olanların təsdiqlənmiş ümumi sayı hazırda 36 nəfər təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB