Koronavirusun dördüncü dalğası ELAN EDİLDİ

Koronavirusun dördüncü dalğası ELAN EDİLDİ

Portuqaliyanın baş naziri Antonio Costa, öz ölkəsinin koronavirusun "dördüncü dalğası" ilə qarşılaşdığını söyləyıb. SİA xəbər verir ki, “Journal of Noticias” qəzeti baş nazirin sözlərini sitat gətirib.

"Ölkə hələ də bir pandemiya ilə qarşı-qarşıyadır. İndi artıq dördüncü dalğa ilə qarşılaşdığımızı söyləyə bilərik. Diqqətimizi yayındırmamağımıza və rahatlaşmamağımıza görə peyvənd olunma prosesini sürətləndirməyimiz, tezləşdirməyimiz tələb olunur", deyə baş nazir bildirib.

Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saat ərzində ölkədə 2170 COVID-19 xəstəliyi aşkarlanıb və bu xəstəlik səbəbindən bir nəfər ölüb.

Xatırladaq ki, keçən həftə Portuqaliya hakimiyyəti, COVID-19 hadisələrinin artması ilə əlaqədar olaraq ölkənin bir sıra bölgələrində, o cümlədən paytaxt Lissabonda komendant saatı tətbiq edib. Belə məlum olur ki, bu ölkədə hazırda vəziyyət heç də qənaətbəxş sayılmır və ölkənin baş nazirinin dördüncü dalğa xəbərdarlığı da əbəs yerə, təsadüfi deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə