Kanada və ABŞ-da 800-dən çox insanın ölümünə səbəb olan istilik dalğasının Avropaya çatdığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şimali Avropada 34 dərəcəni aşan istiliklər qeydə alınarkən, mütəxəssislər "Rossbi dalğası" olaraq bilinən dalğalanmaların insan sağlamlığını təhdid edə biləcəyi xəbərdarlığını ediblər.
Finlandiya Milli Meteoroloji İnstitutu tərəfindən edilən araşdırmada 1844-cü ildən bu yana ilk dəfə iyun ayında istilərin bu qədər artdığı bildirilib.
NTV-nin məlumatına görə, Laplandiya bölgəsində havanın temperaturu 36,6 dərəcəyə çatıb. Bu, 1914-cü ildə 34.7 dərəcədən sonra rekord göstərici idi. İsveçin bəzi bölgələrində də iyun ayı üçün rekord səviyyəyə çatdığı bildirilib. Skandinaviyadakı yüksək temperatur nəticəsində Kanada və Şimali Amerikanın bəzi yerlərində sıx isti dalğalarının göründüyü ifadə edilib.
ABŞ-ın Oregon əyalətinin valisi Kate Brown bildirib ki, şiddətli istilər əyalətdə 95 nəfərin ölümünə səbəb olub. Kanadanın cənub-qərb hissələrində həddindən artıq istidən 720-dən çox insanın öldüyü açıqlanıb.
Mütəxəssislər, iqlim böhranından qaynaqlanan mənfi şərtlərin yaxın aylarda daha da pisləşəcəyindən qorxurlar. Avstraliyanın Monaş Universitetinin yer, atmosfer və ətraf mühit məktəbinin meteorologiya professoru Mikael Reeder qeyd edib ki, Avropa və Şimali Amerikadakı hadisələr bir-birinə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB