Liviyanın neft naziri müxalifətin tərəfinə keçib

Liviyanın neft naziri müxalifətin tərəfinə keçib
Liviyada nazirlər ölkəni tərk edir. SİA-nın məlumatına görə, ölkənin neft naziri Şükrü Qanem istefa edərək ölkəni tərk edib. Bu barədə nazir mətbuat konfransında açıqlaması zamanı bildirib ki, Liviyadakı vəziyyətə daha çox şahidlik etməkdənsə ölkəni tərk etmək daha yaxşıdır: \"Muammər Qəddafi hökumətindən ayrıldım. Demokratik bir ölkə üçün mübarizə aparan gənclərin yanında olmağın başqa yolu yoxdur. Qəddafi rəhbərliyinin aqibəti göz qabağındadır, amma yenə də sülh təkliflərinin dəyərləndirilməsində fayda var. Ölkədə hər gün yüzlərlə insanın qanı axır. Bu cür şəraitə göz yummaq cinayət törətməyə bərabərdir. Beynəlxalq embarqo səbəbilə yaxın gələcəkdə neft istehsalı da dayandırılacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə