Benqazidə şiddətli partlayış baş verib

Benqazidə şiddətli partlayış baş verib

Liviyada partlayışlar davam edir. SİA-nın məlumatına görə, müxalifətin əlində olan Benqazi şəhərində axşam saatlarında dəhşətli partlayış baş verib.

Bölgə səlahiyyətliləri bildirib ki, partlayış şəhərin mərkəzində yerləşən otellərdən birinin həyətində olub: \"Otelin həyətində çoxlu sayda nəqliyyat vasitələri var. İlkin araşdırmalara görə, maşınların birinin bomba yüklü olduğu qənaətinə gəlmişik. Lakin araşdırmalar hələ də davam edir. Partlayış nəticəsində otelə ciddi ziyan dəyib\".

Qeyd edək ki, partlayış nəticəsində can itkisi qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə