Rus xilasediciləri indi də Kubanı “selin ağzından” almağa girişiblər

Rus xilasediciləri indi də Kubanı “selin ağzından” almağa girişiblər

Belə görünür ki, Krımdakı “bəla” artıq Krasnodar bölgəsinə də sirayət etməkdədir. Beləliklə, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yağan aramsız yağışlar səbəbindən Krasnodar bölgəsində 267 yaşayış binası və 395 fərdi evin su altında qaldığını bildirib. Ərazidəki əhalinin təxliyyə olunması da davam etməkdədir.

Qeyd edək ki, SİA bu məlumatı TASS agentliyinə istinadən bildirir.

Xatırladaq ki, yuxarıda sadaladıqlarımız son günün məlumatıdır. Belə ki, bir müddət bundan əvvəl rusların Fövqəladə Hallar Nazirliyi ərazidəki yaşayış binaları ilə yanaşı, 500-dən çox təsərrüfat sahəsi və bir sosial əhəmiyyətli obyektin də su altında qaldığını bildirmişdi.

Hazırda baş verənlərə nəzarət etmək üçün ərazidə əməliyyat qərargahı yaradılıb. Qərargah çay səviyyələrinin davamlı monitorinqini aparmaqla məşquldur.

Bu arada bildirək ki, təxminən 150 bitişik ərazinin su altında qaldığı bölgənin əsas problemlə üzləşən Djubqa kəndi tamamilə köçürülüb.

Onu da bildirək ki, ötən gündən etibarən Soçidə fövqəladə rejim elan edilib. Bundan əlavə, Soçi sakinlərinə dənizə girmək yasaqlanıb. Məsələ bundadır ki, bir müddət əvvəl baş verən fırtına şəhərdəki 30-a yaxın çimərliyə ziyan vurub. Djubqa-Soçi federal magistral yolu sel səbəbindən bağlanıb deyə, hazırda yerli sakinlər mümkün evakuasiya vəziyyətində əşyalarını və sənədlərini toplayıb gözləmə mövqeyində dayanıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə