COVID-19-a xərclənən 1 trilyon pul

COVID-19-a xərclənən 1 trilyon pul

Rusiya rəsmiləri 2020-ci ildə yaranan Covid-19 pandemiyasının Rusiya iqtisadiyyatına vurduğu zərərin bir trilyon rubl olduğunu bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə məlumat "Rospotrebnadzor"un "İnsanların sanitariya və epidemioloji rifahı haqqında" hesatında verilib.

"Ölüm və müvəqqəti əlillik səbəbi ilə istehsal olunmayan milli məhsullar nəzərə alınarsa Rusiyanın bu il etdiyi zərər 997 milyard 60 milyon rublu keçib. Bu, digər yoluxucu xəstəliklərin vurduğu zərərdən 1,4 dəfə çoxdur”.

Məlumata görə, Rusiya yalnız xəstəxanalara müalicə üçün 183 milyard rubl, testlərə isə 108 milyard rubl xərcləyib.

Digər başqa ödənişlərin ən az 515 milyard dollar olduğu ifadə edilib.

Hesabatda qeyd olunub ki, səhiyyə sahəsindən ayrılan maliyyə çoxdur, yoluxma artdığı üçün xəstəxana qurulur və mövcud xəstəxanalarda COVID-19-a yoluxmuş xəstələr üçün diaqnoz avadanlıqları və müalicəni almaq üçün dərmanlar istehsal olunur və paylanır. Covid-19 xəstələrinə tibbi yardımın göstərilməsi məqsədi ilə ölkə büdcəsi xeyli dərəcədə azalıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə