Bir gecədə 369 miqrant xilas edilib

Bir gecədə 369 miqrant xilas edilib

Qeyri-hökumət təşkilatı “Sos Mediterranee”nin xilasetmə gəmisi Ocean Viking bazar günü gecə Aralıq dənizində 369 miqrantın xilas edildiyini açıqlayıb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilat bir neçə gündə ümumilikdə altı xilasetmə əməliyyatı təşkil etdiklərini bildirib.

Rəsmilər "böyük taxta qayıqda" qurtarılan 369 nəfər arasında 9 qadın, 1 körpə, 2 uşaq və 110 yetkinlik yaşına çatmayan valideynsiz yeniyetmələrin olduğunu söyləyib. “Sos Mediterranee” 2016-cı ilin fevral ayından bəri Aralıq dənizində 30 mindən çox insanı xilas etdiyini söyləyib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2021-ci ilin əvvəllərindən bəri Avropaya çatmağa çalışan 866 miqrant ölüb.

Birləşmiş Millətlər Təşkilatı (BM) bu yaxınlarda Liviya və Avropa Birliyindən (AB) Aralıq dənizində axtarış və xilasetmə əməliyyatlarında islahatlar aparmalarını istəyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə