Rusiyada gündəlik Covid-19-a yoluxmalarının sayı 25 min həddini aşıb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, son 24 saat ərzində ölkədə 7 min 624-ü Moskvada olmaqla 25 min 142 yeni yoluxma bildirilib. Beləliklə, yanvar ayından bəri gündəlik ən yüksək koronavirus yoluxma sayı qeydə alınıb.
Dünyada ən çox koronavirus hadisəsi olan 5-ci ölkə olan Rusiyada epidemiya səbəbi ilə 663 nəfər ölüb. Pandemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı rəsmi olaraq 5 milyon 610 min 941 olaraq qeyd edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB