Apardı sellər Soçini - VİDEO

Rusiyada turistlərin populyar kurort şəhəri sayılan Soçini sel suları basır. Rusiya mətbuatı xəbər verir ki, şəhərdə sirena səsləri eşidilir. Buna Herota çayının daşması səbəb olub. Bundan əlavə, pis hava şəraitinə görə Matsesta çayında suyun səviyyəsi kritik həddə qalxıb.

Qeyd edək ki, iyulun 4-də Soçi şəhərində sərt küləklə müşahiyət olunan leysan yağışları yağıb. Proqnozlara görə, küləyin sürəti hətta saniyədə 22 metrə qədər güclənə bilər, dəniz üzərində isə qasırğa formalaşması gözlənilir.

Yaranmış vəziyyətlə bağlı Soçi şəhər hakimiyyəti həmin çayların Adler və Hostinsk rayonlarında öz məcrasından çıxacağı təqdirdə şəhər əhalisini mümkün təxliyyə barədə xəbərdar edib. Bu haqda “İnterfaks” şəhər administrasiyasının mətbuat xidmətinə istinadən bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə