Estoniya hakimiyyəti ölkədəki sərhəd keçid qaydalarını dəyişdirir. Maraqlıdır ki, ruslar bu qaydaların daha çox onlara qarşı “yönəldiyini”, yəni yeni qaydalarda Rusiya üçün ən sərt tədbirlər görüləcəyini iddia edirlər.
Görünən isə budur ki, eston səlahiyyətliləri bu sahəyə məsul olanlara iyulun 8-ə qədər sərhəd keçidinə dair yeni qanun layihəsi hazırlamağı tapşırıblar.
Etiraf edilməlidir ki, yeni sənəd, xüsusilə, “delta” gərginliyi ilə mübarizə aparan Rusiya üçün qaydaların sərtləşdirilməsini də əhatə edir. Yəni vəziyyət pisləşərsə, rusların sərhəd keçidinin dayandırıla biləcəyi, yəni onların Estoniyaya buraxılmamasını da özündə ehtiva edəcək.
Qeyd edək ki, bu gün rusların koronavirus əleyhinə istifadə etdikləri peyvəndlərin Avropa Birliyi ölkələrində qəbul edilmədiyini nəzərə alsaq, eston dövləti bu ölkəyə daxil olmaq istəyən Rusiya vətəndaşlarından yeni koronavirus testi verməsi tələbinin tətbiq edilməsini də müzakirə edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB