Hindistanda yerli Covid-19 peyvəndinin sınaqlarının üçüncü mərhələsi tamamlanıb. Peyvəndin ağır Covid-19 simptomlarına qarşı 93,4 faiz təsirli olduğunu göstərib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, "Bharat Biotech" şirkəti tərəfindən nəşr olunan araşdırmada Covaxin adlı Covid-19 peyvəndinin üçüncü mərhələ sınaqları nəticəsində ağır simptomlara qarşı 93,4 faiz qoruma təmin etdiyi bildirilib.
Covaxin adlı peyvəndin ilk dəfə Hindistanda aşkarlanan Delta variantına qarşı 65,2 faiz təsirli olduğu ifadə edilib. "Bharat Biotech" şirkəti ayda 23 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri Hindistanda 30 milyondan çox insan Covid-19-a yoluxub. Ölkədə Covid-19-dan ölənlərin sayı 400 mini keçib. Hindistan, ABŞ-dan sonra dünyada ən çox Covid-19 xəstəsi olan ikinci ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB