Onu tutanlara 10 milyon dollar mükafat təqdim edildi - PAKİSTAN RƏSMİSİ AÇIQLADI
Pakistan Milli Təhlükəsizlik Şurası keçən ay Lahorda terror hücumun arxasında Hindistan dövlətinin olduğunu iddia edib. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, 23 iyunda Pakistanın Lahor şəhərinin Cohar qəsəbəsində "Ləşkər-e-Tayyibe" təşkilatının qurucusu Hafiz Səidin evinin yaxınlığında terror aktı nəticəsində bir avtomobil partlayıb, 3 nəfər həlak olub və 25 nəfər yaralanıb.
Xatırladaq ki, Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələ bir açıqlama verməyib. Pakistan və Hindistan hökumətləri illərdir bir-birlərini ölkələrindəki terror hücumlarında günahlandırırlar. Amerika Birləşmiş Ştatları və Hindistana görə, Hafiz Səid bir terroristdir. Hindistan rəhbərliyi 2008-ci ildə Mumbayda 170 nəfərin ölümü ilə nəticələnən bomba hücumunu həyata keçirən şəxsin Pakistanda yaşayan Hafiz Səid olduğunu iddia edir. Hafiz Məhəmməd Səid ABŞ tərəfindən də terror təşkilatının lideri kimi tanınır və onu tutanlara 10 milyon dollar mükafat təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB