Ötən gündən yağan güclü yağış sonradan bu ərazidəki üç çayın - Belbek, Kokkozka və Baganın daşaraq sahilləri basması nəticəsində bu dəfə Krımın Baxçasaray bölgəsindəki bir sıra yaşayış məntəqələrini su altında qoyub.
Rus saytlarının verdiyi məlumata görə, hazırda yarımadanın bir çox bölgələri, o cümlədən Baxçasarayın küçələri iflic vəziyyətdədir. Belə ki, fərdi evlərlə yanaşı, hündürmərtəbəli binaların zirzəmilərindən əlavə, birinci mərtəbələri də su altında qalıb.
Qeyd edək ki, artıq yarımada ərazisində fırtına xəbərdarlığı da elan edilib. Verilən xəbərlərə görə, artıq ərazidən 31-i uşaq olmaqla 164 nəfər təxliyyə edilib.
Hazırda onların yerləşdirilməsi üçün 12 müvəqqəti yaşayış məntəqəsi hazırlanır.
Bu arada Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası Baş İdarəsi hələ ki, çətin də olsa, evlərin zirzəmilərinə və fərdi evlərə dolan suları nasoslar vasitəsilə təmizləməyə çalışırlar.
Onu da bildirək ki, evlərini tərk edən yerli sakinlərlə hazırda əraziyə təhkim edilmiş psixoloqlar işləyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB