Yaponiyada torpaq sürüşməsi baş verən ərazidə 113 nəfərin axtarışları davam etdirilir
Yapon xilasediciləri sürüşmə baş verən Atami şəhərində (Şizuoka prefekturası) axtarış-xilasetmə işlərini davam etdirirlər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu gün səhərədək fəlakət baş verən bölgənin ən azı 113 sakini ilə əlaqə qurmaq mümkün olmayıb.
Hazırda iki ölü və iki yaralı haqqında məlumat var, 23 nəfərin dağıntılar altından çıxarıldığı qeyd edilir. Sürüşmə nəticəsində ən az 130 ev və tikiliyə ziyan dəyib.
Xatırladaq ki, 37 min əhalisi olan Atamidə iyulun 3-də səhər saatlarında 2 kilometr boyunca torpaq sürüşməsi baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB