Angela Merkelin ahı İranı tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında aviaqəza baş verib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "Bell-209 AH-1 Cobra" markalı helikopter təlim uçuşu zamanı yerə çırpılıb. Nəticədə, helikopterin pilotu və onun köməkçisi ölüb. Hadisə zamanı helikopterdə digər şəxlərin olmadığı qeyd olunur. Ərazidə müvafiq işlər görülüb. İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.
Qeyd edək ki, İran Almaniyanın federal kansleri Angela Merkelin təyyarəsinin uçuşuna müvəqqəti qadağa qoyub. Qadağa nəticəsində Angela Merkelin Hindistana səfəri ləngiyib. Belə ki, Hindistana gedən təyyarə Yeni Delhiyə enməmişdən qabaq 2 saat Türkiyənin hava sahəsində dövr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB