Yaponiyada seçkilər keçirilir

İyulun 4-də Tokioda yaşayan seçicilər paytaxt assambleyasının üzvlərinin seçkilərinə qatılıblar. SİA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, seçkilərin mərkəzində duran əsas məsələlər koronavirus pandemiyası və iyulun 23-də başlayacaq Olimpiada Oyunlarıdır. Bu seçkilərin nəticələrinin yaxın aylarda parlamentin aşağı palatasına keçiriləcək seçkilərə mühüm təsir göstərəcəyi bildirilir.

Qeyd edilir ki, assambleyada mövcud olan 127 yer uğrunda 271 namizəd mübarizə aparır. Seçkilər ərəfəsində assambleyada yerlərin çoxu “Prefekturanın sakinləri hər şeydən üstündür” partiyasına məxsus olub. Bu partiyanın əsası Tokionun qubernatoru Koike Yuriko tərəfindən qoyulub və bu gün də o, həmin təşkilatın əsas məsləhətçisidir.
Bununla yanaşı, bildirilir ki, hakim Liberal Demokratik Partiya və onun hökumətdə koalisiya tərəfdaşı Komey-to Partiyası assambleyada üstünlük qazanmaq məqsədi güdür.

Bütün xəbərlər Facebook səhifəmizdə