Avropa Birliyinə daxil olan ölkələr plastik qablardan tamamilə imtina etdiklərini bəyan ediblər. SİA-nın verdiyi məlumata görə, bu barədə Avropa Ətraf Komissarı litvalı Virqiniyus Sinkeviciyus şəxsi “Twitter” səhifəsində açıqlama verib.
Qeyd edək ki, müvafiq qanun ötən gündən, yəni iyulun 3-ü tarixindən qüvvəyə minib. Qanuna görə, bundan sonra Avropa Birliyinə daxil olan ölkələrdə plastik qablar, pambıq çubuqlar, kokteyl boruları, balon çubuqları, okso parçalana bilən yemək qabları və köpük stəkanların istifadə və satışına qadağa qoyulur.
Xatırldaq ki, əslində bu qanun Avropa Parlamenti tərəfindən hələ 2019-cu ildə qəbul edilmişdi. Amma Avropa Birliyinə daxil olan ölkələr dünəndən bütün birdəfəlik istifadə olunan plastik məhsulları bazardan çıxarmaq məcburiyyətində qalıblar.
Yeri gəlmişkən bildirək ki, hələ Avropa Birliyinə daxil olan ölkələrdən əvvəl Rusiya plastik qablardan imtina edilməsini təklif etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB