Kanadada yük qatarı qəzaya uğrayıb

Kanadada yük qatarı qəzaya uğrayıb

Kanadanın Alberta əyalətində müxtəlif materiallarla dolu yük qatarı relsdən çıxıb, vaqonlardan çoxu aşıb.

SİA “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları xəbər yayıb.

Lakomb şəhəri yaxınlığında baş verən qəza zamanı qatarda olan yüklərin yarısı ətrafa dağılıb.

Hazırda ərazidə təmizləmə işləri aparılır.

Səlahiyyətlilər qatar marşrutlarında dəyişiklik edib və əhalidən qəza yerindən uzaqlaşmağı tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə