Haitidə təyyarə qəzası nəticəsində 6 nəfər həlak olub

Haitidə təyyarə qəzası nəticəsində 6 nəfər həlak olub

Haitidə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, qəza ölkənin paytaxtı Port-o-Prensa şəhərindən cənubda baş verib.

Məlumata əsasən, təyyarənin göyərtəsində 6 nəfər olub və qəza nəticəsində onların hamısı ölüb.

Hazırda qəzanın səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə