Moldovanın keçmiş prezidenti, "Kommunistlər və Sosialistlər" blokunun həmsədri İqor Dodon respublikanın başçısı Maia Sandunun vəzifəsində olduğu altı ay ərzində Qərb kuratorlarının rəhbərliyi altında bir sıra anti-Rusiya addımları atdığını söyləyib. SİA xəbər verir ki, bu barədə Dodon Teleqram kanalında qeyd edib.
"Artıq yarım ildir ki, Moldovanın yeni prezidenti ölkəyə rəhbərlik etdiyini düşünür. Əslində xarici kuratorlarının komandalarını yerinə yetirir. Ancaq bu altı ay ərzində Rumıniya vətəndaşlığı olan Moldova prezidenti bir sıra anti-Rusiya addımları ilə diqqət çəkib”, deyə Dodon bildirib.
O, qeyd edib ki, Sandunun məsləhətçisi Krımda çıxış edən sənətçilərin Moldovada qastrol səfərinə getməsini qadağan etməyi təklif edib və prezidentin özü gələcəkdə Belarusiyaya qarşı sanksiyalara qoşulma ehtimalını nəzərdən keçirib.
"Bundan sonra MDB-dən çəkilmək, Dnestrlə müharibə, Sputnik V peyvəndinin qadağan edilməsi, Rusiya qazından imtina və daha nələr nə olacaq? Əminəm ki, bu, xalqımız üçün mütləq şəkildə lazım deyil. Yalançı "vətənpərvər", guya ki, “yaxşı insan” kimi qoy özünü Sandu digər ölkələrdə göstərsin”, deyə Dodon əlavə edib və fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB