ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerikanın artıq “ədalətli və açıq” seçkilər ölkəsi olmaqdan çıxdığını söyləyib.
SİA bu barədə TASS-a istinad edərək bildirir.
Demokratik Partiyanın Nyu-Yorkda mer seçimi ilə bağlı keçirdiyi seçkidə çoxlu saxtakarlıqlara yol verildiyini bildirən Tramp 2020-ci ildəki prezident seçkilərinin də belə saxtakarlıqlarla keçirildiyini bildirib. Onun fikrincə, Amerika artıq ədalətli və açıq seçki ölkəsi deyil.
Xatırladaq ki, bir müddət bundan əvvəl sabiq prezident bir daha Demokrat Partiyasından olan siyasi rəqiblərini tənqid etmişdi. Trampa görə, Demokratlar seçkilərdə qələbəni oğurlamaq üçün Respublikaçılar Partiyasına qarşı “radikal sol prokurorları” döndəriblər: “Bu gün onlar ölkəmizi məhvə aparırlar”.
Bildirək ki, bu fikirləri də sabiq amerikalı prezident səsləndirib.
Xatırladaq ki, yenə də bir müddət bundan əvvəl Nyu-York prokurorluğu Donald Trampın əsas şirkəti olan “Trump Orqanization” və onun keçmiş maliyyə direktoru Allen Veisselberqi vergidən yayınmaqda günahlandırmışdı. O da maraqlıdır ki, sabiq prezidentə qarşı ittihamlar onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqladıqdan sonra irəli sürülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB