20 nəfər itkin düşdü TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ

20 nəfər itkin düşdü TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ

Yaponiyanın Amami şəhərində güclü bir sürüşmə olub və nəticədə ən azı 20 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb.

Məlumatda, fəlakət bölgəsində axtarış-xilasetmə işlərinə başlandığı qeyd olunur. Şəhər sənət muzeyində müvəqqəti bir daldalanacaq mərkəzi təşkil edilib. Agentliyin məlumatına görə, artıq 14 nəfər ora göndərilib.

Qeyd olunur ki, son günlər Şizuoka prefekturasında güclü yağışlar yağır. Sinoptiklərin məlumatına görə, son 48 saat ərzində oraya ən az 300 millimetr yağıntı düşüb. Prefektura rəhbərliyi, demək olar ki, 21 min yaşayış binası üçün ən yüksək təhlükə səviyyəsini elan edib və 35,5 min insanı dərhal təxliyə olunmağa çağırıb.

Bundan əlavə, mütəxəssislər Tokionun cənubundakı Kanaqava Prefekturasında çay daşqınlarının və torpaq sürüşmələrinin artma təhlükəsi barədə xəbərdarlıq ediblər. Bu ərazidə nəqliyyat əlaqələri artıq pozulub, daşqınla bağlı məlumatlar daxil olur.

Baş nazir Yosihide Suqa bu mövzuda naziri Yasufumi Tanahaşi ilə bir görüş keçirib. Hökumət başçılığı altında fəlakətin nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə