719 nəfərin ölüm səbəbi ANOMAL İSTİLƏRDİR

719 nəfərin ölüm səbəbi ANOMAL İSTİLƏRDİR

Kanadanın Britiş Columbia əyalətində 719 nəfərin ölümünə anomal istilər səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə CBC telekanalı əyalət üzrı mütəxəssis Lisa Lapointe-yə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu əyalətdə 500-ə yaxın ölüm hadisəsi əvvəllər də bildirilmişdi. Yerli meteoroloji xidmət çərşənbə axşamı daha bir tarixi temperatur rekordunun qeydə alındığını bildirib və qeyd olunub ki, istilik 49,5 dərəcəyə çatıb.

"Bu məlumatları açıqlayırıq, çünki Britaniya Kolumbiyasının son bir həftədə yaşadığı ekstremal hava şəraitinin ölümlərin artmasına əhəmiyyətli dərəcədə təsir etdiyini düşünürük", deyə Lapointe bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə