Qara Dəniz Donanmasının raket kateri köməyə göndərildi UKRAYNA GƏMİSİNƏ
Qara Dəniz Donanmasının "İvanoves" raket kateri, Qara dənizdə sıxıntı və çətinlikdə olan Ukraynanın bir balıqçı gəmisinin köməyinə yola düşüb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzindən verilən məlumatda deyilir.
Qeyd olunur ki, OD-2592 gəmisi yerli vaxtla saat 01:27-də çətinlik, sıxıntı siqnalı verib. Gəmidə dörd nəfər var. Kapitan mühərriklərin sıradan çıxdığını, gəminin enerjisiz olduğunu xəbər verib. Bu barədə ölkəsinin nümayəndələrinin məlumatlandırmasını da xahiş edib.
Xatırladılır ki, "İvanoves" beynəlxalq rabitə kanalında çətinlik siqnalı alıb. Vəziyyət, Ukrayna səlahiyyətliləri ilə əlaqə quran Milli Müdafiə İdarəetmə Mərkəzinə bildirilib. Qəza baş verən ərazidə “İvanoves”dən başqa, "Qüsursuz" Rusiya sərhəd gəmisi də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB