Koronavirusun “Delta” gərginliyi Afrika ölkələrində böyük sürətlə yayılmaqdadaır. Bildirək ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. SİA rus saytlarına istinad edərək Ümumdünya Səhiyyə Təşkilatının Afrika üzrə regional direktoru Matshidiso Moetinin son açıqlamasını yayımlayır…
…Belə ki, hazırda virusun qitənin 38 ölkəsində yayıldığını deyən regional direktor buna rəğmən ölüm nisbətinin təxminən 15 faiz artdığını da gizlətməyib. Onun sözlərinə görə, hazırda bu ərazilərdə COVID-19-un üçüncü dalğasının miqyası bir neçə dəfə artıb. Belə ki, infeksiyaların sayı son altı həftədir ki, davamlı olaraq artmaqdadır: hazırda qitədə həftəlik rekord sayı 224 min nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı rəsmisi Afrika ölkələrində virusla mübarizədə qarşıya çıxan problemlərə də toxunub. Onun sözlərinə görə, qitə ölkələrində oksigen yastıqları yox dərəcəsindədir, peyvənd etmək üçün məmulatlatlar kifayət miqdarda deyil.
Verilən məlumata görə, qitədəki bütün xəstəxana və meyitxanalarda sıxlıqdadır. Hazırda Afrika əhalisinin yalnız 1,2 faizi tam peyvənd olunub. Ehtimala görə, “Delta” bu sürətlə yayılmaqda davam edərsə, yaxınlarda Afrika ciddi fəlakətlə qarşılaşacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB