"Onları ölüm gözləyir" ÇİNLİLƏRDƏN NATO-YA XƏBƏRDARLIQ

"Onları ölüm gözləyir" ÇİNLİLƏRDƏN NATO-YA XƏBƏRDARLIQ

Çinin "Quança" portalının oxucuları Qərb ölkələrini Qara dənizdəki vəziyyətin gərginləşməməsi barədə xəbərdar ediblər. SİA xəbər verir ki, nəşr, Krım sahillərində İngilis gəmisi ilə yaşanan gərginlikdən sonra NATO ölkələrinin Qara dənizdəki hərbi gəmilərinin sayının artması, “See Breeze” təlimləri səbəbiylə yaşanan hadisədən sonra bölgədə artan gərginliyi vurğulayan material yayımlayıb.

Portalın oxucuları belə Qara dənizdəki hadisələrə çox sərt reaksiya veriblər və münasibət bildirdilər.

"Bilmək istəyirəm ki, bu üç gəmi əsl döyüşdə heç olmasa yarım saat dayana biləcəkmi?", deyə istifadəçilərdən biri sual edib.

"Yaxşısı budur ki, dəqiqələri saysınlar!", başqa bir istifadəçi ona cavab verib.

"Rusiyanın qapıları qarşısına gələn bütün NATO gəmiləri məhvə məhkumdur", deyə başqa bir şərhçi əlavə edib.

"Bir dəqiqə belə bir rus gəmisinə qarşı dayana bilməyəcəklər", deyib növbəti istifadəçi.

"NATO həqiqətən odla oynayır! NATO sadəcə bir ABŞ oyuncağıdır. Oynamağa davam edin və məhv olacaqsınız!", deyə başqa bir istifadəçi Qərbə xəbərdarlıq edib.

"Bir dəstə it ayıya hürdü, nəticədə dişləri qırıldı və köpəklər quyruqlarını qısıb ağalarının nəzarəti altına qaçdılar", sözlərini yazıb növbəti istifadəçi.

Qeyd edək ki, çinli oxucular təlimlərə, NATO-ya qarşı çox sərt reaksiya nümayiş etdiriblər. Şərhlər zamanı təhqiramiz ifadələr belə qeyd olunub.

Xatırladaq ki, bazar ertəsi, Qara dənizin şimal-qərb hissəsində böyük bir “Sea Breeze” təlimi başlayıb. 10 iyul tarixinə Ukrayna, ABŞ və NATO üzvləri daxil olmaqla 32 ölkədən 5 000 hərbçi, 40 təyyarə və 32 gəmi cəlb ediləcəyi planlaşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə