"Ölkənin daxili işlərinə müdaxiləyə dözülməyəcək" ÇİN XİN RƏHBƏRİNDƏN SƏRT REAKSİYA
Çin daxili işlərinə xarici müdaxiləyə dözməyəcək və başqalarının ölkənin inkişafına mane olmasına imkan verməyəcək. SİA xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Van İ şənbə günü Pekində keçirilən IX Qlobal Sülh Forumunun açılış mərasimində söyləyib.
"Çin digər ölkələrin daxili siyasətinə qarışmır, inkişaflarına mane olmur, lakin biz də heç bir ölkənin daxili işlərimizə qarışmasına və ya inkişafımıza mane olmasına dözməyəcəyik", deyə ölkənin XİN rəhbəri bildirib.
O, qeyd edib ki, bugünkü Çin artıq 100 il əvvəl olduğu kimi deyil.
"Heç kim Çin xalqının dövlət suverenliyini, ölkənin təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün sarsılmaz iradəsini və qabiliyyətini qiymətləndirməyə bilməz", deyə nazir Van İ əlavə edib və fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB