Matvienko Belarusiya sakinlərini təbrik etdi MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ
Federasiya Şurasının sədri Valentina Matvienko Belarusiya vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edərək, Rusiya-Belarusiya əlaqələrinin möhkəmliyinin, ikitərəfli əməkdaşlığın əhəmiyyətli potensialının reallaşdırılmasında marağın bundan sonra da Moskva ilə Minsk arasındakı tərəfdaşlıq və ittifaq üçün etibarlı əsas kimi xidmət edəcəyinə əminliyini ifadə edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Matvienko bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkoya göndərdiyi müvafiq teleqramda yazıb.
Sənəddə deyilir: "Federasiya Şurası adından və öz adımdan sizi Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm".
Matvienkoya görə, mənəvi və mədəni qohumluq, səmimi dostluq, qarşılıqlı dəstək və həmrəylik, Rusiya və Belarus xalqlarının taleyinin ayrılmazlığı və bütün bunlar ölkələri birləşdirir və misilsiz birliyini təşkil edir.
“Əminəm ki, ortaq tarixin çətin dövrlərində sınanmış Rusiya-Belarusiya əlaqələrinin gücü və ikitərəfli əməkdaşlığın əhəmiyyətli potensialını reallaşdırmaqda qarşılıqlı maraq bundan sonra da tərəfdaşlığımız və müttəfiqliyimiz üçün etibarlı zəmin olacaqdır”, deyə Matvienko vurğulayıb.
O, Lukaşenkaya möhkəm cansağlığı və məsul bir dövlət vəzifəsində böyük uğurlar, qardaş Belarus xalqına isə başları üzərində dinc bir səma, rifah və firavanlıq arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB