ABŞ prezidenti Co Bayden ölkədə ölüm cəzasının ləğv edilməsini istəyib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.
“Prezident açıq şəkildə edamların dayandırılmasını istəyir. Baş prokurorun irəliyə addım atdığını görəndə sevinir”- deyə, Psaki qeyd edib.
ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarını yoxlayarkən ölüm hökmünün federal səviyyədə icrasına moratorium elan edib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB